Top.Mail.Ru

KRİM - XRONİKA

Otlaq sahəsində külli miqdarda narkotik gizlətmişdi -FOTO

Ağcabədidə narkotik alverçiləri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Kaim.az-a verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Pərioğulları kəndində yaşayanlar Vüqar Xankişiyev və Firuz Həsənov saxlanılıb. V.Xankişiyevin kənd ərazisindəki otlaq sahəsinə baxış keçirilən zaman orada gizlətdiyi 6 kiloqramdan artlq və F.Həsənovun evinin həyətyanı sahəsindən isə 145 qram marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Ağcabədi rayon Polis Şöbəsində  araşdırmalar davam etdirilir.

Loading...
Yazının davamı reklamdan sonra

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button