Top.Mail.Ru
KRİM - XRONİKA

Narkotikə görə daha 13 nəfər tutuldu – FOTO

Lənkəranda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 13 şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Kaim.az-a verilən məlumata görə, Lənkəran rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinları E.Nəsirov, C.Rzazadə, F.Hadıyev, X.Qubadov, C.Nəcəfov, Ş.Hüseynov, Ə.Əliyev, R.Musayev, İ.Həsənov, R.Bağırov, X.Qasımov, Ş.Əzimov və qardaşı F.Əzimov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button