Top.Mail.Ru
KRİM - XRONİKA

18 yaşlı oğlandan DƏHŞƏTLİ ƏMƏL: Kişini öldürüb…

Qəbələdə qətl hadisəsi olub.
Rayon Prokurorluğundan Kaim.az-a verilən xəbərə görə, oktyabrın 9-u saat 21 radələrində Qəbələ rayonu, Tikanlı kənd sakini 34 yaşlı Sənur Ağahüseynovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyitinin Tikanlı kəndinə yaxın ərazidə aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı, Qəbələ rayonu Uludaş kənd sakini 18 yaşlı Kənan Mustafayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar törədilməsi müəyyən edilib.
Kənan Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button