Top.Mail.Ru
KRİM - XRONİKA

Qadına əxlaqsız təklif, döyüb… – Azərbaycanda HADİSƏ ANI

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində qadını döyüb pulunu və qiymətli əşyalarını ələ keçirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən KAİM.az-a verilən məlumata görə, zərərçəkən nazirliyin “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək tanımadığı şəxsin ona yaxınlaşaraq əxlaqsız təklif etdiyini, buna razı olmadıqda aralarında yaranan münahisə zamanı onu döyüb və hədə-qorxu gəldiyini bildirib.

Hadisə zamanı həmin şəxs qadının üzərində olan 35 manatı, 1 ədəd boyunbağını və 1 ədəd üzüyü ələ keçirərək  hadisə yerindən qaçıb. Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Rahib Abuzərov saxlanılıb. O, izahatında əməlini etiraf edib və hadisə zamanı zərərçəkən qadından götürdüyü əşyaları polis əməkdaşlarına təhvil verib.

Faktla əlaqədar Saray Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button