Top.Mail.Ru
KRİM - XRONİKA

Bakıda narkotik satan qadın TUTULDU – VİDEO

Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Sənubər Vəliyeva saxlanılıb.

Daxili İşlər Nazirliyindən KAİM.az-a verilən məlumata görə, Polis Bölməsində onun əlindəki çantaya baxış zamanı 1 kiloqram 92 qram narkotik vasitə heroin, 115 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi və bank kartları aşkar olunaraq götürülüb. Araşdırma zamanı bu şəxsin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqəsədi ilə onlayn yolla aldığı məlum olub.

Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı isə yaşadığı evin həyətindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Nizami Ağayev saxlanılıb. Onun Fatmayı qəsəbəsində yerləşən evinin həyətinə baxış zamanı ümumi çəkisi 74 kiloqram olan əkilib-becərilməsi qadağan edilmiş çətənə bitkisi aşkar edilib.

Hər iki faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi rayon Polis İdarəsinə göndərilib. Sənubər Vəliyeva və Nizami Ağayevin  ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button