Top.Mail.Ru

KRİM - XRONİKA

Bakıda ər arvadını öldürdü – AİLƏ FACİƏSİ

Oktyabrın 15-də saat 9 radələrində Binəqədi rayonu ərazisində 37 yaşlı Sahilə Cəfərovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon Prokurorluğundan KAİM.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri 40 yaşlı Ramil Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sahilə Cəfərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramil Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Loading...
Yazının davamı reklamdan sonra

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button