Top.Mail.Ru

KRİM - XRONİKA

Azərbaycanda narkotacir qadın TUTULDU

Yevlaxda “patı” və digər narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan KAİM.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, Yevlax şəhərində yaşayan İlhamə Ağayeva saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ondan heroin və marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı onun narkotik vasitələri Yevlax şəhər sakini Ziyad Qurbanovdan aldığı müəyyən edilib. Z. Qurbanov polis əməkdaşları tərəfindən şəhər ərazisində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman isə metamfetamin, marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağla Yevlax rayon Polis Şöbəsində araşdırma aparılır.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button