Top.Mail.Ru

KRİM - XRONİKA

Bıçağı iş yoldaşının ürəyinə SANCDI – YENİLƏNİB

Daxili İşlər Nazirliyi Füzuli rayonunda törədilən qətllə bağlı məlumat yayıb. 
Nazirlikdən Kaim.az-a verilən məlumatda qeyd olunur ki, Füzuli Rayon Polis Şöbəsinə oktyabrın 16-da Horadiz şəhəri ərazisindən Culfa rayon sakini Şükür Əhmədovun ürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı Z.Mehdiyevin aralarında yaranmış mübahisə zamanı Ş.Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Horadiz kənd sakini Z.Mehdiyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla əlaqədar Azərbaycan Respublikası CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 
***
saat 10:09
Oktyabrın 16-sı saat 22 radələrində Füzuli rayonu ərazisində 30 yaşlı Şükür Əhmədovun öldürülməsi barədə məlumat daxil olub.
Rayon Prokurorluğundan Kaim.az-a verilən məlumata görə, araşdırmalarla zərərçəkmişin iş yoldaşı 40 yaşlı Zamin Mehdiyevin aralarında yaranmış mübahisə zamanı Şükür Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Füzuli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Zamin Mehdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Mənbə
KAİM.az

Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button