Top.Mail.Ru

KRİM - XRONİKA

Polis Oğuzda reyd keçirib

 

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları qapalı və açıq ictimai məkanlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən, karantin rejiminin tələblərinə biganə yanaşan şəxslərə qarşı reyd keçirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Kaim.az-a verilən məlumata görə, reyddə bəzi şəxslərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi aşkarlanıb. Polis əməkdaşları vətəndaşlara özlərinin və digərlərinin sağlamlığı üçün mütləq şəkildə tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının vacibliyini bildiriblər. Karantin rejiminin qaydalarını pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button