Top.Mail.Ru
KRİM - XRONİKA

Göyçayda qumbara satanın başına görün nə gəldi

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə özlərini hüquq-mühafizə orqanları əməkdaşı kimi təqdim edən 5 nəfərin Göyçay rayon sakini M.Mikayılova 2 ədəd “F-1” markalı qumbaranı satdığı üçün hədə-qorxu gələrək 30000 manatını almaları barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Kaim.az-ın verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Göyçay rayon sakinləri İ.Bədəlov, B.İslamov, Qazax rayon sakini E.Məmmədrzayev, Masallı rayon sakini R.Əsgərov və Şamaxı rayon sakini K.Qədimov qısa müddətdə müəyyən edilərək saxlanılıblar. Həmin 2 ədəd “F-1” qumbarası onlardan götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button