Top.Mail.Ru
KRİM - XRONİKA

DTX-dəki cinayət işinə xitam verdirəcəyi vədi ilə 60 min pul aldı – MƏHKƏMƏ

Bakıda iki nəfərə qarşı dələduzluq edən keçmiş polis işçisi İbrahim Babaşovun cinayət işi üzrə məhkəmə prosesi tamamlanıb.

KAİM.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, İ. Babaşov tanışları Şahin Hüseynov və Emin Əsədovdan 60 min manata yaxın pul alaraq onların barəsində DTX-də açılan cinayət işinə xitam verdirəcəyini bildirib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Şahin və Emin ölkə ərazisinə idman qidalarını qanunsuz olaraq gətirməkdə ittiham olunublar. İ.Babaşov pulu aldıqdan sonra hər iki şəxsi uzun müddət aldadıb. Onlara vəzifəli şəxslərlə daimi görüşlərdə olduğu üçün zənglərə tez-tez cavab verə bilmədiyini deyib.

O, pul aldığı şəxslərin ona yazdığı mesajlara “sizin işlə bağlı ağsaqqalın yanındayam” kimi cavablar yazıb.

Daha sonra cinayət işinin istintaqı DTX-dən Dövlət Gömrük Komitəsinə göndərilib. Bundan xəbər tutan Şahin və Emin yenidən İbrahim Babaşovla əlaqə saxlayıblar. İ.Babaşov vəziyyətdən istifadə edərək pul aldığı şəxslərə deyib ki, işin DTX-dən Dövlət Gömrük Komitəsinə göndərilməsini o təşkil edib. İşin həll olunmadığını görən zərəçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button