Top.Mail.Ru
KRİM - XRONİKA

Bakıda BƏDBƏXT HADİSƏ: Sabiq polis serjantı Daxili Qoşunların ƏSGƏRİNİ ÖLDÜRDÜ

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

KAİM.az xəbər verir ki, hadisə zamanı sabiq polis serjantı Vaqif Novruzov avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış Daxili Qoşunların əsgəri Rövşən Alxasovu vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov bildirib ki, hadisə noyabrın 6-da Sabunçu rayonu ərazisində baş verib:

“Sabiq polis serjantı Vaqif Novruzov idarə etdiyi “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış DQ-nin əsgəri Rövşən Alxasovu vurub. O, dərhal xəstəxanaya yerləşdirilib və həkimlərin səyinə baxmayaraq orada vəfat edib”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button