Top.Mail.Ru
KRİM - XRONİKA

Bakıda elmlər doktorunun meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

KAİM.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Sərdarov Tahir Elmiran oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, meyiti tapılan Tahir Sərdarov AMEA İqtsadiyyat İnstitunun aparıcı elmiş işçisi, iqtisad elmləri üzrə fəlsəfə doktorudur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button