Top.Mail.Ru

KRİM - XRONİKA

Bələdiyyə sədrinin qardaşı oğlu Rusiyada qətlə yetirildi

Azərbaycanlı gənc Rusiyada qətlə yetirilib.

KAİM.az xəbər verir ki, hadisə Yaroslavl şəhərində baş verib. Rusiya vətəndaşı, 10 il məhkumluq həyatı yaşamış şəxs spirtli içki qəbul edərək küçədə azərbaycanlı gənc, 2002-ci il təvəllüdlü Rəhimov Məhəmməd Zöhrab oğluna yaxınlaşaraq ondan pul tələb edib. Aralarında yaranan mübahisə zamanı adı hələ ki, bilinməyən, rus milliyyətindən olan şəxs üzərində gəzdirdiyi bıçaqla qəflətən Məhəmməd Rəhimova xəsarət yetirib. O, ağır vəziyyətdə xəstəxanaya aparılsa da, dünyasını dəyişib.

Yaroslavl şəhərindəki ali məktəblərdən birinin tələbəsi olan 20 yaşlı Məhəmməd Rəhimovun meyiti bu gün Göyçay şəhərinə gətirilərək dəfn edilib.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, Məhəmməd Rəhimov Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovun qardaşı oğludur.

Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button