Top.Mail.Ru

KRİM - XRONİKA

Bakıda küçəyə atılan körpə meyitinə görə anası SAXLANILDI

Bakıda meyiti küçəyə atılan uşağın anası saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 31 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması faktı üzrə Nizami rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04.04.2022-ci il tarixdə A.K.(ad şərtidir) CM-in 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb edilib.

Loading...
Yazının davamı reklamdan sonra

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapılmışdı.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button