Top.Mail.Ru
KRİM - XRONİKA

DİN: “2258 avtomobil POSTDAN GERİ QAYTARILDI, 3147 nəfər İNZİBATİ TƏNBEH OLUNDU”

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

2021-ci il yanvarın 8-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2258 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Ölkə üzrə karantin rejimi qaydalarını pozan 3147 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Eyni zamanda ev şəraitində müalicə təyin edilən 12 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılmaqla barələrində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button