Top.Mail.Ru
KRİM - XRONİKA

DİN ardıcıl əməliyyatlar HƏYATA KEÇİRDİ – Narkotiklə mübarizə DAVAM EDİR

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumatlar əsasında yanvarın 8-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb, onlardan ümumilikdə 37 kiloqram 646 qram narkotik vasitə, o cümlədən 25 kiloqram 146 qram tiryək, 7 kiloqramdan artıq heroin və 5,5 kiloqram marixuana götürülərək qanunsuz dövriyyədən çıxarılıb.    

KAİM.az xəbər verir ki, Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən D.Həsənov Qaradağ rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 70 qrama yaxın tiryək aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Müşfiqabad qəsəbəsindəki yaşadığı evə baxış zamanı isə oradan əlavə olaraq 20 kiloqramdan artıq tiryək və 1 ədəd elektron tərəzi götürülüb.

Saytların yığılması Saytların yığılması

Növbəti əməliyyat tədbiri nəticəsində Masallı rayonu ərazisində saxlanılan Ə.Əzimovdan 3 kiloqrama yaxın heroin, 2 kiloqramdan artıq tiryək aşkar edilib. Davam etdirilən tədbirlərlə onun Masallı şəhərindəki yaşadığı  evə baxış zamanı oradan əlavə olaraq 3 kiloqramdan artıq heroin, 3 kiloqrama yaxın tiryək və 5 kiloqram 500 qram marixuana götürülüb.

Yasamal rayonu ərazisində keçirilən digər əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Əliyevdən isə 804 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.

***

Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini C.Şükürov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 8 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür,

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə ona məxsus yardımçı təsərrüfata baxış zamanı isə oradan da əlavə 5 kiloqramdan artıq marixuana götürülmüşdür.

***

Narkotik vasitə ilə tutulmuş H.Əliyevin ətrafında Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun kirayədə yaşadığı mənzildə silah-sursat gizlətdiyi müəyyən edilmişdir.

Həmin ünvanda keçirilən əməliyyat-axtarış tədbirləri ilə evdən nömrəsi silinmiş pnevmatik tapança, 1 ədəd patron darağı və üzərində alışqanı olan RQD qumbarası aşkar edilərək götürülmüşdür.

***

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xuliqanlıq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini A.Vəlizadənin ətrafında aparılan tədbirlərlə onun yaşadığı evdə silah gizlətdiyi müəyyən edilmişdir.

Əməliyyat-axtarış tədbirləri ilə evə baxış zamanı oradan “Makarov” markalı  tapança, patron darağı və 4 ədəd patron aşkar edilərək götürülmüşdür.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir