Top.Mail.Ru
KRİM - XRONİKA

Edama məhkum edilən üç narkobaron həbsxanadan qaçıb – Şok video

Edam cəzasına məhkum edilən üç məhbus həbsxanadan qaçıb.

Kaim.az  xəbər verir ki, filmlərə ssenari olacaq bu şok hadisə Misirin sərt rejimli Tanta cəzaçəkmə müəssisəsində baş verib.

Saytların yığılması Saytların yığılması

Narkotik və silah qaçaqmalçılığı ilə məşğul olan narkobaronlar 3 ay müddətində həbsxanada tunel qazıb və sonda edamdan xilas olmaq üçün qaça biliblər.

Narkobaronların həbsxanadan qaçdığı anlar kənar küçələrdə olan təhlükəsizlik kameralarına düşüb. Məlum olub ki, məhkumlar həbsxana divarlarına bitişik evlərin damları vasitəsilə qaçıblar.

Hadisədən dərhal sonra Misir Daxili İşlər Nazirliyinin Nəzarət və Təftiş İdarəsi son dərəcə təhlükəli olan məhkumların qaçışı ilə bağlı araşdırmaya başlayıb.

 

reyting.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir