Top.Mail.Ru
KRİM - XRONİKA

Astara sakinindən narkotik maddə götürüldü

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Səpnəkəran kənd sakini, əvvəllər məhkum olunmuş P.Həsənov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan marixuana götürülüb.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Astara rayon sakini M.Həkimov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun evindən isə 5 kiloqram 288 qram marixuana aşkar edilərək götürülüb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir