Top.Mail.Ru
KRİM - XRONİKA

“Sədərək” ticarət mərkəzində kütləvi dava — ŞOK TƏFƏRRÜAT

“Sədərək” ticarət mərkəzində kütləvi dava törətməkdə təqsirli bilinən Vüqar Məmmədzadə, Namiq Abbasəliyev, Toğrul Xasayev və Ehtiram Xanlarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxslər Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzinə gəliblər, orada mağaza işçiləri ilə dava ediblər.

Saytların yığılması Saytların yığılması

Bu zaman mağazanın işçiçləri ilə gələnlər arasında dava olub. Dava zamanı – Həyat Əzizova, Əzizağa Əzizov, Aqşin Rəfiyev, Rüfət Rəfiyev və Məmmədağa Basbayev zərərçəkmiş qismində tanınıb.

İstintaq orqanı tərəfindən Vüqar Məmmədzadə, Namiq Abbasəliyev, Toğrul Xasayev və Ehtiram Xanlarovun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) və 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq Abbasəliyev bildirib ki, hadisə baş verən günü təxminən saat 10 radələrində həyat yoldaşı ilə birlikdə pal-paltar almaq üçün etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı avtomobili ilə Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinə gəlib: “Avtomobilini həmin ticarət mərkəzində yerləşən “Milano” pərdə mağazasının qarşısındakı avtomobil dayanacağında saxladım. Həyat yoldaşım ilə bir qədər alış-veriş edərək hal-hazırda adını xatırlamadığım mağazadan çıxıb, avtomobili saxladığım dayanacağa gəldim. Avtomobili işə salıb dayanacaqdan çıxmaq üçün arxaya vermək istəyərkən avtomobilin arxa hissəsi həmin dayanacağın kənarında, “Milano” pərdə mağazasının qarşısında olan işarəverici nişana yavaşca dəydi. Bu zaman Rüfət mağazadan çıxaraq, mənə “korsan?, görmürsən bunu” dedi. Mən də Rüfətə cavab olaraq həmin nişanı görmədiyimi bildirdi”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra Rüfət ona təhqiredici sözlər işlədib: “Bundan sonra Rüfətə işarəni kimin yerləşdirdiyini və nişanın yolu qısaltdığını bildirdim. Rüfət məni nalayiq sözlərlə “dükan mənimdir mən bilərəm” dedi. Həmin vaxt həyat yoldaşım yanımda olduğu üçün Rüfətin dediyi bu sözlər mənə çox pis təsir etdi. Avtomobili bir qədər qarşıya sürdüm, həmin yerdə saxlayaraq, Rüfətin yanına nişanı əzdiyim üçün dəymiş ziyanı ödəmək məqsədilə gəldim. Rüfətin yanına çatarkən mənim yaxamdan tutdu, məni lotusan bura dava etmək üçün gəlmisən” dedi. Rüfətə avtomobildən dava etmək üçün düşmədiyimi dedim. Bundan sonra Rüfət məni mağazanın içərisinə çağırdı. Mağazada Rüfət, Məmmədağa və Aqşinlə söz mübahisəsi başladı. Bu zaman həmin şəxslər məni vurdular. Lakin mən nə Rüfətə, nə Məmmədağaya və nə də ki, Aqşinə heç bir xəsarət yetirmədim. Onlardan aralanmaq məqsədilə Rüfətgilə yanında həyat yoldaşımın olduğunu, bunun üçün də gedib həyat yoldaşımı evə qoyub, sonra gələrək söhbət edə biləcəyimi dedim. Bu zaman Aqşin mənə gedib xanımı evə düşürüb geri qayıtmayacağı təqdirdə ünvanıma çox nalayiq ifadələr işlətdi. Bundan çox pərt olsam da, heç nə demədim”.

Namiq Abbasəliyev qeyd edib ki, bu zaman həyat yoldaşı da içəri girdiyi üçün onu götürərək sakitcə oradan gedib: “Geri qayıtmaq fikri olmasa da, geri qayıtmayacağım təqdirdə ünvanıma işlədilmiş təhqiredici ifadələrə görə həyat yoldaşımı evə düşürdüm, sonra geri qayıtmağa məcbur oldum. Hər ehtimala qarşı tək olmağım deyə və qarşı tərəfin mənimlə çox aqressiv rəftar etdiyinə görə NZS qəsəbəsində yaşayan dostlarım Ehtiram, Vüqar və dayım oğlu Toğrulu da götürərək həmin gün saat 13 radələrində “Sədərək” ticarət mərkəzinə gəldim. “Milano” pərdə mağazasına daxil olub, mağazada olan Məmmədağa ilə söhbət etdim. Söhbət zamanı Məmmədağa mağazada işləyənlərin ağsaqqalı olduğunu bildirdi, bizi nalayiq ifadələrlə təhqir etdi. Bu zaman ətrafda müştərilər olduğu üçün mağazayla üzbəüz dayanarkən mağazanın sağ yan tərəf hissəsinə keçdik. Həmin yerdə söhbət edən zaman sonradan adını bildiyim Həyat adlı qadın ora yaxınlaşdı və söhbətə müdaxilə etdi. Qadının həmin yerdən getməsini xahiş etsək də, Həyat getmədi. Əksinə bizi təhqir etməyə başladı. Bu zaman mübahisə böyüdü. Məmmədağa və Aqşin bizə əl-qol atmağa başladı. Sonra Rüfət biraz keçmiş isə Əzizağa gələrək davaya qoşuldular. Dava zamanı tanımadığım ətraf mağazaların işçiləri də gələrək Məmmədağagilə kömək edərək bizi döydülər. Bu zaman biz artıq döyüldüyümüz görərək birtəhər maşına oturaraq oradan qaçdıq”.

Digər təqsirləndirilən şəxslərdə oxşar ifadə verdilər. daha sonra ifadə verən zərərçəkmişlər isə əkisini danışıblar. Onlar təqsirləndirilən şəxsin mağazaya basqın etdiklərini, onlara xəsarət yetirdiklərini deyiblər. Zərərçəkmişlərdən ikisi isə orada mühafizəçi olub.

Qaradağ rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 1 il 11 ay 22 gün müddətinə islah işləri cəzasına məhkum olunublar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir