İDMAN
Azərbaycan kanoe və kayakçılarının Qarabağda qazandığı medalların sayı BİLİNDİ

Heydər Əliyevin anadan olmasının 99-cu ildönünümünə həsr “Prezident Kuboku-2022” reqatasının birinci gününə yekun vurulub.
KAİM.az-ın xəbərinə görə, Suqovuşan qəsəbəsində təşkil olunan kayak və kanoe üzrə yarışlarda Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı mübarizə aparıb.
Yeniyetmə və gənclər arasında 5 yaş kateqoriyasında təşkil olunan yarışlarda Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medal qazanıb.
Loading...
Yazının davamı reklamdan sonra
Qeyd edək ki, reqataya sabah Mingəçevirdə keçiriləcək akademik avarçəkmə yarışları ilə yekun vurulacaq.