Top.Mail.Ru

İDMAN

Hacıağa Məmmədov zirvədə!

May ayının 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start verilib. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. İlk yarış günündə qızlar bütün çəki dərəcələrində, 15 yaşadək oğlanlarda 49 və 55 kq, həmçinin 17 yaşa qədər oğlanlarda 49 kq çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəldi.

İlk yarış günündə körpücük üzərinə son olaraq yaşı 15-ə qədər olan oğlanlar arasında çəkisi 55 kq-a qədər olan idmançılar çıxıblar. Hacıağa Məmmədov toplam 178 kq (77+101) nəticə ilə bütün rəqiblərini üstələyərək qalib adını qazanıb. Toplam 171 kq (76+95) nəticə ilə Əli Mahmudov gümüş, toplam 134 kq (61+73) nəticə ilə Aysim Əliyev bürünc medala sahib çıxıb.

Yarışın keçirilməsində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağır atletlərin aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, beynəlxalq yarışlara hazırlanmasıdır.

Loading...
Yazının davamı reklamdan sonra

Oğlanlar. U-15. 55 kq.

N Adı İl Ölkə/Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Hacıağa Məmmədov 2007 Lənkəran UGİM 54.9 77 101 178
2. Əli Mahmudov 2008 Bakı Təhsil 55.0 76 95 171
3. Aysim Əliyev 2007 Goranboy Təhsil 50.2 61 73 134
4. Qurban Abdullayev 2007 Yevlax UGİM 51.0 58 66 124
5. Mehdinur Qasımzadə 2008 Abşeron Zirvə 52.8 45 60 115
6. Kənan Kərimov 2007 Goranboy Zirvə 49.2 50 60 110
7. Baxış Məmmədov 2007 Qobustan UGİM 52.6 49 60 109
8. İzzət Qasımov 2007 Gəncə Təhsil 53.7 43 55 98
9. Cəlil Çıraqəliyev 2007 Qobustan UGİM 49.1 39 50 89
10. Həsən Quliyev 2008 Neftçala UGİM 54.4 35 48 83
11. Vüqar Səlimov 2009 Neftçala Zirvə 51.8 38 45 83
12. Zamiq Fətəliyev 2008 Şamaxı AAİK 50.2 48

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button