Top.Mail.Ru

İDMAN

Oğlanlar arasında ilk qaliblər Orxan İmanov və Nihat Zairov oldular

May ayının 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start verilib. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. İlk yarış günündə qızlar bütün çəki dərəcələrində, 15 yaşadək oğlanlarda 49 və 55 kq, həmçinin 17 yaşa qədər oğlanlarda 49 kq çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gələcək.

Yaşı 15-ə və 17-yə qədər olan oğlanlara arasında 49 kq çəki dərəcəsində qaliblərin adına aydınlıq gəlib. Toplam 141 kq (63+78) nəticə göstərən Orxan İmanov yaşı 15-ə qədər olan atletlər arasında qızıl medala yiyələnib. Toplam 120 kq (55+65) nəticə ilə isə Nihat Zairov ya.ə 17-yə qədər olan atletlərdə hamıdan güclü adını qazanıb.

Yarışın keçirilməsində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağır atletlərin aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, beynəlxalq yarışlara hazırlanmasıdır.

Loading...
Yazının davamı reklamdan sonra

Oğlanlar. U-15. 49 kq.

N Adı İl Ölkə/Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Orxan İmanov 2007 Lerik Təhsil 48.6 63 78 141
2. Mehdi Tağızadə 2007 Lənkəran Təhsil 48.9 58 77 135
3. Əli Məmmədov 2007 Goranboy UGİM 45.8 58 68 126
4. Xəyyam Allahverdiyev 2007 Şamaxı AAİK 44.9 51 65 116
5. Murad Həsənli 2008 Yevlax UGİM 40.0 50 63 113
6. Aydın Şəfizadə 2009 Qazax UGİM 48.1 51 61 112
7. İsmayıl Hüseynzadə 2008 Lerik Təhsil 47.5 46 61 107
8. Ramazan Səfərli 2009 Qobustan UGİM 45.9 42 50 92
9. Dəniz Bağırov 2008 Lənkəran Təhsil 48.0 0
10. Canpolad Rəfiyev 2008 Abşeron Zirvə 44.2 0

Oğlanlar. U-17. 49 kq.

N Adı İl Ölkə/Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Nihat Zairov 2006 Bakı Təhsil 44.6 55 65 120
2. Nicat Zairov 2006 Bakı Təhsil 42.9 48 62 110
3. Altun Həmzəyev 2006 Gəncə Təhsil 2 46.2 38 50 88
4. Səfər Səfərov 2006 Neftçala Zirvə 43.8 35 45 80

Azərbaycan Ağır Atletika Federasiyası

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button