Top.Mail.Ru

İDMAN

Azərbaycanın iki karateçisi İslamiadaya vəsiqə qazanıb

Azərbaycanın iki karateçisinin Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında çıxış edəcəyi dəqiqləşib.

KAİM.az bildirir ki, bu haqda karate millimizin baş məşqçisi Qurban Tağıyev məlumat verib:

“Tural Ələkbərli 74 kq, Əli Cəfərov isə +94 kq çəki dərəcəsində İslamiadaya lisenziya qazanıb. Onların hər ikisi kikboksinq üzrə Dünya Kubokunda “Point Fighting” (yarımkontakt) növündə çıxış ediblər və bürünc medal qazanıblar. Ayxan Mamayevlə Rafiz Həsənov bu növdə az məşq etdiyindən, onlar üçün çıxış etmək çətinlik yaradıb.

Loading...
Yazının davamı reklamdan sonra

İstənilən halda, onlar karatedə də Azərbaycanı İslamiadada təmsil etməyəcəklər. Çünki onların çəkisində irəlidə olan karateçilərimiz var. Həmin karateçiləri İslamiadaya aparacağıq. Buna bu ay Qaziantepdəki Avropa çempionatından sonra tam aydınlıq gələcək”.

Qeyd edək ki, 13-15 may tarixlərində İstanbulda keçirilmiş kikboksinq üzrə Dünya Kubokunda Azərbaycanın doqquz karateçisi çıxış edib. Daha yeddi karateçi Ayxan Mamayev, Orxan Heydərli, Samir Məmmədov, Rafiz Həsənov, Murad Hacızadə, Renata Ərəbli və İnci Əzizova olub. Heç vaxt kikboksinqin “Point Fighting” növündə təmsil olunmamışıq deyə, Azərbaycan Taekvondo Federasiyasından da bəzi idmançılar ora aparılıb. Nəticədə daha dörd idmançı bürünc medal qazanmaqla İslamiadaya kikboksinq adından lisenziya qazanıb.

Onu da bildirək ki, İslamiadada kikboksinq üçün 50 yer ayrılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button