Top.Mail.Ru

İDMAN

UEFA Konfrans Liqasının ilk qalibi müəyyənləşib – VİDEO

UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün final görüşü baş tutub.

KAİM.az xəbər verir ki, ilk dəfə təşkil olunan turnirin həlledici oyununda İtaliyanın “Roma” və Niderlandın “Feyenoord” komandaları üz-üzə gəlib.

Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçirilən qarşılaşma “canavarlar”ın minimal üstünlüyü ilə başa çatıb – 1:0.

Loading...
Yazının davamı reklamdan sonra

Beləliklə də, İtaliya təmsilçisi Konfrans Liqasının ilk qalibi olmaqla adını futbol tarixinə yazdırmağı bacarıb.

Qeyd edək ki, “Roma” indiyədək yalnız bir dəfə avrokuboklarda uğur əldə edib. Bu uğur 1961-ci ildə şəhərlər arasında keçirilən, UEFA Kubokunun əvvəlki sələfi Yarmarkalar Kubokunda olub.

Komanda ilə yanaşı onun baş məşqçisi Joze Mourinyu da ilkə imza atıb.

Artıq iki dəfə Çempionlar Liqası (“Portu”, “İnter”), iki dəfə Avropa Liqası (“Portu”, “Mançester Yunayted”) kuboklarını baş məşqçi kimi qazanan çalışdırıcı indi də yeni turnirdə bu uğura imza atan ilk mütəxəssis kimi yadda qalıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button