Top.Mail.Ru

İDMAN

İbrahimoviç ilin sonunadək oynamayacaq

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç sol dizindən əməliyyatdan olunub.

KAİM.az bildirir ki, həkimlər ön çarpaz bağın yenidən qurulması yolu ilə oynağın qeyri-sabitliyini aradan qaldırmaq üçün cərrahi müdaxiləyə ehtiyac yarandığını söyləyiblər.

Klub əməliyyatın yaxşı keçdiyini, lakin 40 yaşlı futbolçunun 7-8 ay meydanlardan kənar qalacağını açıqlayıb.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, oktyabrda 41 yaşı tamam olacaq Zlatanın İtaliya təmsilçisilə müqaviləsi iyunun 30-na kimidir.

Bu mövsüm futbolçu A Seriyasında iştirak etdiyi 23 matçda 8 qol vurub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button