Top.Mail.Ru

İDMAN

Londonda “Dəmir Yumruq” turniri təşkil edilib

London şəhərində “Dəmir Yumruq” adlı kikboksinq və Tay boksu (Muay Thai) üzrə turnir keçirilib.

Britaniya Azərbaycanlıları Assosiasiyasının, Xaricdə yaşayan Azərbaycanlı İdmançılar Birliyinin, “Immortal Champions” idman təşkilatının rəhbəri Hafiz Baxşəliyevin təşkilatçılığı ilə 5 iyun 2022-ci iltarixində baş tutan turnirdə Britaniya, Çin, Çexiya, Polşa, Pakistan və digər ölkələrin idmançıları mübarizə aparıb.

Turnirin son iki döyüşündə Britaniya və Avropa çempionları müəyyən edilib.

Loading...
Yazının davamı reklamdan sonra

İngilis tayboksu üzrə United Kingdom Muay Thai Federation (UKMF) çempionu Elia Devu (Elia Dewu) rəqibi Hadiqa Abdulu məğlub edərək, Britaniya çempionu olub.

Ağır çəkili idmançılar arasında keçən mübarizədə ingilis kikboksçusu Deniel Entoni Sem (Daniel Anthony Sam) çexiyalı çempion Marian Tuma ilə qarşılaşıb. Rəqibini ilk raundda məğlub edən Deniel Sem Avropa çempionu adını qazanıb.

Turnur boyu monitorlarda Azərbaycanın Qarabağ Zəfərinin məşhur rəmzləri olan “Dəmir Yumruq” ifadəsi və “Xarı Bülbül”ün təsviri əks olunub.

UKMF rəhbərləri və Hafiz Baxşəliyev turnirin qaliblərinə mükafatları təqdim ediblər.

Yarışı “LeapFrog Media”, KickboxingZ.com və sair media qurumlarının tanınmış jurnalistləri və idman bloggerləri işıqlandırıblar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button