İDMAN
“Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş SONLANDI

“Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.
KAİM.az xəbər verir ki, 1 saat davam edən son məşqdə yenə ən yaxşı nəticəni Serxio Peres göstərib.
“Red Bull” komandasının pilotu dövrəni 1 dəqiqə 43,170 saniyəlik göstərici ilə başa vurub. Onu dünənki ikinci sərbəst yürüşün qalibi Şarl Lekler (“Ferrari”) və “Red Bull”un digər pilotu Maks Ferstappen izləyib.
Loading...
Yazının davamı reklamdan sonra
Qeyd edək ki, saat 18:00-da pilotlar sıralama turuna çıxacaqlar.