Top.Mail.Ru

İDMAN

“Qarabağ” Futbol Klubu (FK) ilə bağlı çəkilən filmin adı məlum olub

“Qarabağ” Futbol Klubu (FK) ilə bağlı çəkilən filmin adı məlum olub.

KAİM.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin məlumatına görə, ekran əsəri “Qarabağ” FK 30 mövsüm səfərdə” adlanır.

Qeyd olunub ki, 4 seriyalı sənədli film dövlət sifarişi ilə nazirliyin “Salnaməfilm” studiyasında istehsal olunur.

Loading...
Yazının davamı reklamdan sonra

“”Qarabağ” FK-nin uğur hekayəsi və 30 ildən sonra Ağdama qayıdışından bəhs edən filmin ölkəmizdəki çəkilişlərinin böyük bir hissəsi tamamlanıb. Xaricdə planlaşdırılan çəkilişlərin yaxın vaxtlarda həyata keçirilməsinə başlanılacaq”, – qurumdan vurğulanıb.

Nazirlikdən bildirilib ki, filmin istehsalının bu ilin sonunadək tamamlanması nəzərdə tutulub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bunu da oxu
Close
Back to top button