Top.Mail.Ru

İDMAN

“Qarabağ”ın rəqibi aşağı liqa təmsilçisinə uduzub

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Polşa “Lex”i yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

KAİM.az-ın məlumatına görə, Poznan təmsilçisi I Liqada çıxış edən “Vidzev”lə qarşılaşıb. Görüş aşağı liqa komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Lex” növbəti sınaq matçında “Poqon” klubu ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 23-də olacaq.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, “Qarabağ” “Lex”ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button