İDMAN
“Qarabağ” Gürcüstan millisinin qapıçısını birdəfəlik transfer edib

“Qarabağ”ın Polşanın “Yagelloniya” klubundan icarəyə götürdüyü Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini transfer edib.
KAİM.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.
“Köhlən atlar” Belostok təmsilçisi ilə danışıqların yekununa əsasən, qapıçının transfer hüququna yiyələnib.
Loading...
Yazının davamı reklamdan sonra
Qeyd edək ki, Luka Quqeşaşvili bu ilin yanvarından “Qarabağ”da çıxış edir.