İDMAN
Milli komandaların FİFA reytinqi açıqlanıb – Azərbaycan millisi bir pillə irəliləyib

Milli komandaların FİFA reytinqi açıqlanıb.
KAİM.az xəbər verir ki, Azərbaycan yığması 1127 xalla dünya üzrə 128-ci sırada qərarlaşıb.
Canni de Byazinin rəhbərliyi altındakı milli komanda sonuncu dəfə martda açıqlanan cədvəllə müqayisədə 1 pillə irəliləyib.
Loading...
Yazının davamı reklamdan sonra
Belə ki, üç ay öncə yığmamız 129-cu sırada yer almışdı.
Komandamızın irəliləyişinə Millətlər Liqasının iyun oyunları səbəb olub. De Byazinin yetirmələri 4 qarşılaşmada 4 xal toplayıb.
Qeyd edək ki, cədvələ 1838 xala malik Braziliya başçılıq edir.