Top.Mail.Ru

İDMAN

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına yeni prezident seçilib – FOTO

Albaniyanın paytaxtı Tiranada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) hesabat-seçki konfransı keçirilib.

KAİM.az xəbər verir ki, Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) verilən məlumata görə, mərasimdə qurumun baş katibi Rizvan Rəsulov və onun köməkçisi Kamal Axundovdan ibarət nümayəndə heyəti də iştirak edib.

Konfransda IWF-in prezidenti postuna seçkilər keçirilib. Səsvermə nəticəsində iraqlı Məhəmməd Calud qurumun prezidenti seçilib.

Loading...
Yazının davamı reklamdan sonra

Bununla yanaşı, federasiyanın vitse-prezidentləri, İdarə Heyətinin üzvləri və digər postlar üzrə seçkilər keçirilib, yeni vəzifələrin sahibləri müəyyən edilib.

Azərbaycanın nümayəndə heyətinin üzvləri konfransda iştirakla yanaşı, bir sıra işgüzar görüşlər keçirib, müzakirələr aparıblar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button