Top.Mail.Ru
İDMAN

“Lex”in baş məşqçisi: “Bizi “Qarabağ”la ağır döyüş gözləyir”

“Geniş heyətimiz olsa da, bizi iyulun 12-də “Qarabağ”la ağır döyüş, gərgin səfər oyunu gözləyir”.

KAİM.az-ın məlumatına görə, bunu “Lex”in baş məşqçisi Con van den Brom Bakıa “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçı barədə danışarkən deyib.

Niderlandlı mütəxəssis görüşün həddindən artıq çətin olacağını bildirib: “Bizi ağır döyüş gözləyir. Baş məşqçi kimi əlimdəki 22-23 futbolçunun hamısından istifadə etməliyəm”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lex” oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub – 0:1.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button