Top.Mail.Ru

İDMAN

Ağır atletika üzrə yığma komanda V İslam Həmrəylik Oyunlarında iştirak edəcək 

Azərbaycanın ağır atletika yığmasının üzvləri 9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında iştirak edəcəklər. Baş məşqçi Emil Əliyev, məşqçilər Asif Məmmədov və Sərdar Həsənovun rəhbərliyi altında körpücük üzərinə 10 nəfər – 3 qadın və 7 kişi idmançı çıxacaq. Onlar aşağıdakılardır:

KAİM.az-ın mlumatına görə, qadınlar: Nazilə İsmayılova (45 kq), Elnarə Abbasova (71 kq), Anastasiya Moum (76 kq).

Kişilər: Tehran Məmmədov (61 kq), İsa Rüstəmov (67 kq), Paşa İbrahimli (73 kq), Füqan Əliyev (81 kq), Kamran ismayılov (89 kq), Dadaş Dadaşbəyli (102 kq), Əli Şükürlü (109 kq).

Loading...
Yazının davamı reklamdan sonra

Oyunlarda ağır atletika üzrə yarışlar 11-15 avqust tarixlərində keçiriləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button