Top.Mail.Ru

İDMAN

Stanislav Çerçesov: “Qarabağ” hazırlıqlı komandadır”

“Qarabağ” çox yaxşı hazırlıqlı komandadır”.

KAİM.az-ın məlumatına görə, bunu “Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesov Macarıstanda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis rəqibləri ilk oyundan sonra yaxşı tanıdıqlarını söyləyib: “Bəlkə də bu səbəbdən ikinci matçlarda daha yaxşı çıxış edirik. Amma hər qarşılaşmanın özünəməxsus çətinlikləri var”.

Loading...
Yazının davamı reklamdan sonra

Rusiyalı baş məşqçi bəzi oyunçuların zədəli olduğunu xatırladıb: “Cari mövsüm 6 rəsmi qarşılaşma keçirmişik. Zədəli oyunçuların olması normaldır. Ümid edirəm ki, sabahkı oyunda bizə kömək edənlər olacaq”.

Çerçesov 90 dəqiqə ərzində rəqibdən üstün olmaq istədiklərini bildirib: “Sonadək mübarizə aparmaq niyyətindəyik. Final fitinədək gücdən düşmək istəmirik. Bakıdakı görüşdə topun daha çox “Qarabağ”da olması məsələsi artıq geridə qalıb. Sabahkı oyun tam yenidir. Bütün diqqətimizi cavab matçına yönəltmişik”.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq “Ferentsvaroş” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Bənzər yazılar

Back to top button