Top.Mail.Ru

İDMAN

“Rapid”in baş məşqçisi: “Neftçi” səfər oyunlarında problem yaşayır”

“İstinad nöqtəsi əslində dəyişməyib. “Neftçi” bir neçə saat təyyarədə uçduqdan və bura çatdıqdan sonra iqlim fərqini hiss edəcək. Azarkeşlərimizlə tam fərqli oyun olacaq”.

KAİM.az-ın məlumatına görə, bunu Avstriyanın “Rapid” komandasının baş məşqçisi Ferdinand Feldhofer evdə “Neftçi”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə yerli mətbuata açıqlamasında deyib.

43 yaşlı mütəxəssis pley-offa çıxmaq şanslarının davam etdiyini bildirib: “Bundan necə yararlanacağımız isə özümüzdən asılıdır. “\Nəticələr göstərir ki, rəqib səfər oyunlarında problem yaşayır”.

Loading...
Yazının davamı reklamdan sonra

Avstriyalı baş məşqçi görüşün əhəmiyyətini xüsusi vurğulayıb: “Hər şey göz qabağındadır. Günümüzün korlanmasına icazə verə bilmərik. Penaltilər seriyasını istəmiriksə, oyunu iki top fərqi ilə qazanmalıyıq. Bizə də məhz bu lazımdır. Amma oyunun startında riskə girməyəcəyik”.

Qeyd edək ki, avqustun 11-də Vyanadakı “Alyants” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bakıdakı ilk görüşdə “Neftçi” 2:1 hesablı qələbə qazanıb.

Bənzər yazılar

Back to top button