Top.Mail.Ru

İDMAN

Tehran Məmmədov İslam Oyunlarında mübarizə aparıb

9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunları davam edir. Ağır atletlərimiz yarışa qoşulanlar sırasındadır. Körpücük üzərinə 10 nəfər – 3 qadın və 7 kişi idmançımız çıxacaq.

KAİM.az-ın məlumatına görə, onlardan biri – Tehran Məmmədov bu gün mübarizəyə qoşulub. İdmançımız 61 kq çəki dərəcəsində yarışıb.

Atletimiz birdən qaldırma hərəkətində 116 kq-ı ram edib. Təkanla qaldırmada isə 141 kq-ı başı üzərinə qaldırıb.

Loading...
Yazının davamı reklamdan sonra
Toplam 257 kq (116+141) nəticə ilə atletimiz yekun sıralamada 6-cı yeri tutub.

Bənzər yazılar

Back to top button