Top.Mail.Ru

İDMAN

Eldəniz Əzizli: “Məqsədim ikinci dəfə dünya çempionu olmaqdır”

“Əsas gücümü ikinci hissəyə saxlamışdım. Rəqibin parterdə mən heç nə edə bilməyəcəyini bilirdim”.

KAİM.az-ın məlumatına görə, “Report”un Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu V İslam Həmrayliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli jurnalistlərə açıqlamasında deyib.

55 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı finaldakı rəqibi olan özbəkistanlı Jasurbek Ortikboyevin bir epizodda onun qolunu dişləmək istəməsinə münasibət bildirib: “Güləşdir, hər şey ola bilər. Dişi qoluma dəydi. Bunu təbii qarşılamaq, qıcıqlanmamaq lazımdır. Əks halda, nəzarəti itirə bilərsən. İslamiadaya qələbə niyyəti ilə gəlmişdim. Şükürlər olsun ki, arzuma çatdım”.

Loading...
Yazının davamı reklamdan sonra

Əzizli 10 – 18 sentyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatındakı hədəfini də açıqlayıb: “Azərbaycanın yunan-Roma güləşi tarixində 2 qat dünya çempionu yalnız Fərid Mansurovdur. Mən bu sevinci bir dəfə yaşamışam. Məqsədim ikinci dəfə dünya çempionu olmaqdır”.

Bənzər yazılar

Back to top button