Top.Mail.Ru

İDMAN

İran millisi dünya çempionatından kənarlaşdırılsın – FİFA-ya MÜRACİƏT

Qadınların hüquqlarını müdafiə edən “Open Stadiums” təşkilatı İran millisinin 2022-ci il dünya çempionatında iştirakının qarşısının alınması tələbi ilə Beynəlxalq Futbol Federasiyasına (FİFA) müraciət edib.

KAİM.az xəbər verir ki, təşkilatın nümayəndələri FİFA rəhbəri Canni İnfantinoya məktub yazaraq , orada İran hakimiyyətinin futbola baxmaq istəyən qadınlara münasibətindən şikayətləniblər.

“İran Futbol Federasiyası təkcə rejimin cinayətlərində ortaq deyil. Bu, İranda və komandamızın oynadığı dünyanın hər yerində qadın azarkeşlərin təhlükəsizliyinə birbaşa təhdiddir. Futbol hamımız üçün təhlükəsiz məkan olmalıdır. Buna görə də biz FİFA-dan öz nizamnaməsinin 3-cü və 4-cü maddələri əsasında İranı dərhal Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatından kənarlaşdırmasını xahiş edirik”, – hüquq müdafiəçiləri məktubda bildiriblər.

Qeyd edək ki, Qətərdəki dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. İran millisi İngiltərə , ABŞ və Uels ilə qrupda mübarizə aparacaq. İyulun 15-də İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Futbol İttifaqının (RFU) və Rusiya klublarının beynəlxalq turnirlərdən kənarlaşdırılması ilə bağlı müraciətlərini rədd edib.

Bənzər yazılar

Back to top button