Top.Mail.Ru
İDMAN

Dünya çempionatlarında ardıcıl ən çox qol vuran futbolçular

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.

IFFHS mundiallarda ardıcıl hər matçda fərqlənən oyunçuların siyahısını tərtib edib.

İlk iki pillədə fransalı Jyust Fonten və braziliyalı Jarzinyo qərarlaşıb. Hər iki şəxs ardıcıl 6 qarşılaşmada fərqlənməyi bacarıb.

“10-luq”dakı digər 8 futbolçu 5 dəfə buna müvəffəq olub.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Futbolçu Ölkə Oyun Başlanğıc Son
Jyust Fonten Fransa 6 08/06/1958 28/06/1958
Jarzinyo Braziliya 6 03/06/1970 21/06/1970
Helmut Ran Almaniya 5 04/07/1954 19/06/1958
Laxos Tişi Macarıstan 5 12/06/1958 03/06/1962
Eysebio Portuqaliya 5 16/07/1966 28/07/1966
Gerd Müller Almaniya 5 03/06/1970 17/06/1970
Teofilo Kubilyas Peru 5 02/06/1970 03/06/1978
Kareka Braziliya 5 06/06/1986 10/06/1990
Salvatore Skillaçi İtaliya 5 19/06/1990 07/07/1990
Xristo Stoiçkov Bolqarıstan 5 26/06/1994 13/07/1994

Bənzər yazılar

Back to top button