Top.Mail.Ru

İDMAN

Ənənəvi formatda son dünya çempionatı – Qətərdəki oyunların AFİŞASI

Sabah futbol üzrə 22-ci dünya çempionatına start veriləcək. 

Oxu.Az xəbər verir ki, bu çempionat ilk dəfə olaraq Yaxın Şərqdə, Qətərdə keçiriləcək. 

Bundan başqa, ənənəvi olaraq yay aylarında keçirilən dünya çempionatı ilk dəfə payız-qış aylarında baş tutacaq. 

Noyabrın 20-də başlayacaq çempionatın final görüşü dekabrın 18-də keçiriləcək. 

29 gün ərzində 32 komanda dünya çempionu olmaq uğrunda mübarizə aparacaq. 

Həmin komandalar 8 qrupa bölünüblər: 

A qrupu

Niderland
Ekvador
Seneqal
Qətər

B qrupu

İngiltərə
ABŞ
İran
Uels

C qrupu 

Polşa
Argentina
Meksika
Səudiyyə Ərəbistanı

D qrupu

Fransa
Danimarka
Tunis
Avstraliya

E qrupu

Almaniya
İspaniya
Kosta Rika
Yaponiya

F qrupu

Xorvatiya
Belçika
Kanada
Mərakeş

G qrupu

İsveçrə
Serbiya
Braziliya
Kamerun

H qrupu

Portuqaliya
Uruqvay
Qana
Cənubi Koreya

Qrup mərhələsinin oyunları 20 noyabr – 2 dekabr tarixlərində keçiriləcək. 1/8 final mərhələsi dekabrın 3-dən 6-dək, 1/4 final qarşılaşmaları dekabrın 9-u və 10-da, yarımfinallar isə dekabrın 13-ü, 14-də olacaq. 3-cü yer uğrunda görüş dekabrın 17-də Dohadakı “Xəlifə” stadionunda, final qarşılaşması isə dekabrın 18-də saat 19:00-da “Lusail” arenada keçiriləcək.

Oxu.Az qrup mərhələsinin qarşılaşmalarının afişasını təqdim edir:

20 noyabr

20:00. Qətər – Ekvador

21 noyabr

17:00. İngiltərə – İran

20:00. Seneqal – Niderland

23:00. ABŞ – Uels

22 noyabr

14:00. Argentina – Səudiyyə Ərəbistanı

17:00. Danimarka – Tunis

20:00. Meksika – Polşa

23:00. Fransa – Avstraliya

23 noyabr

14:00. Mərakeş – Xorvatiya

17:00. Almaniya – Yaponiya

20:00. İspaniya – Kosta Rika

23:00. Belçika – Kanada

24 noyabr

14:00. İsveçrə – Kamerun

17:00. Uruqvay – Cənubi Koreya 

20:00. Portuqaliya – Qana

23:00. Braziliya – Serbiya

25 noyabr

14:00. Ules – İran

17:00. Qətər – Seneqal

20:00. Niderland – Ekvador

23:00. İngiltərə – ABŞ

26 noyabr

14:00. Fransa – Danimarka

17:00. Polşa – Səudiyyə Ərəbistanı 

20:00. Fransa – Danimarka

23:00. Argentina – Meksika

27 noyabr

14:00. Yaponiya – Kosta Rika

17:00. Belçika – Mərakeş 

20:00. Xorvatiya – Kanada

23:00. İspaniya – Almaniya

28 noyabr

14:00. Kamerun – Serbiya

17:00. Cənubi Koreya – Qana

20:00. Braziliya – İsveçrə

23:00. Portuqaliya – Uruqvay

29 noyabr

19:00. Evkador – Seneqal

19:00. Niderland – Qətər

23:00. İran – ABŞ

23:00. Uels – İngiltərə

30 noyabr

19:00. Avstraliya – Danimarka

19:00. Tunis – Fransa

23:00. Polşa – Argentina

23:00. Səudiyyə Ərəbistanı – Meksika

1 dekabr

19:00. Kanada – Mərakeş

19:00. Xorvatiya – Belçika

23:00. Kosta Rika – Almaniya

23:00. Yaponiya – İspaniya

2 dekabr

19:00. Qana – Uruqvay

19:00. Cənubi Koreya – Portuqaliya

23:00. Kamerun – Braziliya

23:00. Serbiya – İsveçrə.

Qeyd edək ki, bu, 32 komandanın iştirakı ilə təşkil olunacaq sonuncu dünya çempionatıdır. Belə ki, 2026-cı ildə Amerika Birləşmiş Ştatları, Kanada və Meksikanın birlikdə təşkil edəcəyi mundialda 48 komanda yarışacaq.

Samir İsayev

Bənzər yazılar

Back to top button