Top.Mail.Ru

İDMAN

Dünya çempionatı: Dadaşov mübarizəyə başlayır

Azərbaycanın daha bir taekvondoçusu bu gün Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, 54 kq çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov Çin təmsilçisi Xiao Zhou ilə üz-üzə gələcək.

Ötən gün 63 kq-dakı Sədri Həmidreza ilk qarşılaşmasında özbəkistanlı Niyaz Pulatova uduzub.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında ümumilikdə səkkiz taekvondoçu ilə təmsil olunur. Hələlik yalnız 68 kq-dakı Cavad Ağayev bürünc medal qazanıb.

Bənzər yazılar

Back to top button