Top.Mail.Ru

İDMAN

Xavi “Barselona”dan hansı halda qovula biləcəyini açıqladı

Xavi hesab edir ki, “Barselona” bu mövsümü mükafatsız başa vurarsa, o, klubdan qovulacaq.

Eyni zamanda, Xavi əmindir ki, komanda bu il mükafat qazana biləcək. Onun fikrincə bu, xüsusilə də La Liqada baş verəcək.

Xavi komandanın eyni həftədə “İnter” və “Real Madrid”ə məğlubiyyətlərə reaksiyasından çox məmnundur və bütün zədəli oyunçuların sağalması ilə “Barsa”nın daha yaxşı çıxış edəcəyinə inanır.

Qeyd edək ki, Dünya Çempionatı ilə bağlı fasilədə “Barselona” La Liqanın lideri kimi yollanıb. Katalon klubu ilə “Real Madrid”in arasında cəmi 2 xal fərq var.

Mənbə: sports.ru

Bənzər yazılar

Back to top button