Top.Mail.Ru

İDMAN

İbrahimoviç özündən güclü yeganə futbolçunun adını açıqladı

Zlatan İbrahimoviç verdiyi açıqlama ilə növbəti dəfə diqqətləri üzərinə çəkməyi bacarıb.

39 yaşlı isveçli forvard özündən güclü olan yeganə futbolçunun adını çəkib.

Offsideplus.az “La Gazzetta dello Sport”a istinadla xəbər verir ki, ulduz futbolçu yalnız Dieqo Armando Maradonadan geri qaldığını düşünür: “Hətta məşq edəndə belə, bütün gücümü ortaya qoyuram. Uduzanda çox əsəbləşirəm. O ki qaldı mənə görə bütün dövrlərin ən güclü futbolçusunun kimliyinə, Ronaldo fenomen və mənim kumirim idi. Amma Maradona var, bütün dövrlərin ən güclüsü. Məndən güclü olan yeganə futbolçu”.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, əfsanəvi Maradona bu il noyabrın 25-də 60 yaşında dünyasını dəyişib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button