Top.Mail.Ru

İDMAN

Ronaldu Messi ilə fotosessiya barədə: “Qürur mənbəyi idi”

Portuqaliya millisinin və “Mançester Yunayted”in forvardı Kriştianu Ronaldu Argentina millisinin hücumçusu Lionel Messi ilə reklam kampaniyasında iştirakına münasibət bildirib.

Portuqaliyalı ulduz futbolçu fotosessiyanın vacibliyini qeyd edib.

“Bu, iştirak etmək istədiyim, çoxdandır axtardığım kampaniya idi. Bu, qürur mənbəyi idi”, – deyə o bildirib.

Ronaldu builki dünya çempionatının onun karyerasında beşinci olduğunu xatırladıb və nikbin olduğunu vurğulayıb.

Xatırladaq ki, iki gün əvvəl Ronaldu və Messinin şahmat oynayarkən çəkilmiş fotosu dərc olundu. Sonradan məlum oldu ki, onlar bir araya gəlməyiblər, çəkilişlər müxtəlif yerlərdə aparılıb.

Foto ilə bağlı həmçinin başqa məqam da məlum olub. Belə ki, şəkildəki şahmat fiqurlarının düzülüşü Maqnus Karlsen və Hikaru Nakamura arasında 2017-ci ildə “Norway Chess”in 3-cü tur matçındandır. 40 gedişdən sonra Nakamura (qara) və Karlsen (ağ) heç-heçə ilə razılaşaraq şahmat taxtasını tərk ediblər.

Mənbə: Gazeta.ru

Bənzər yazılar

Back to top button