Top.Mail.Ru

İDMAN

DÇ-2022: Almaniya millisi itki ilə üzləşib

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının I turunda Yaponiya seçməsi ilə üz-üzə gələcək Almaniya millisi itki ilə üzləşib.

“Report” “Kicker”ə istinadən xəbər verir ki, yığmanın aparıcı üzvlərindən Leroy Sane zədə səbəbindən oyunu buraxacaq.

26 yaşlı vinger dizindəki problem ucbatından komandanın son məşqində də iştirak etməyib. Onu sol cinahda Camal Musialanın əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, noyabrın 23-də oynanılacaq Almaniya-Yaponiya qarşılaşması Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button