Top.Mail.Ru

İDMAN

Pep Qvardiola “Mançester Siti” ilə müqaviləsini uzatdı

İngiltərənin “Mançester Siti” klubu komandanın baş məşqçisi Pep Qvardiola ilə müqaviləni 2025-ci il mövsümünün sonuna qədər uzadacaq.

Bu barədə klubdan açıqlama verilib.

“Mançester Siti” bu barədə qərarı sosial şəbəkə hesabında açıqlayıb.

Son beş ildə “Mançester Siti”yə dörd dəfə Premyer Liqa çempionluğu qazandıran Qvardiolanın rəhbərliyi altında “şəhərlilər” ümumilikdə 11 kubok əldə edib.

374 oyunda 271 qələbə qazanan Qvardiola 72,4 faiz nisbətli qalibiyyətlə yanaşı, 921 qola da imza atıb. Onun rəhbərlik etdiyi komanda hər oyuna orta hesabla 2,46 qolun müəllifi olub.

Qvardiola 1950-1963-cü illərdə “Siti”ni ümumilikdə 587 oyunda idarə edən Les Makdoualldan sonra komanda tarixində ən çox oyuna çıxan ikinci baş məşqçidir.

Mənbə: Haber Global

Bənzər yazılar

Back to top button