Top.Mail.Ru

İDMAN

Canni De Byazi: “Qazandığım uğurlara görə İtaliyanı tərk etməyə dəyərdi”

“Bu gün deyə bilərəm ki, qazandığım uğurlara görə İtaliyanı tərk etməyə dəyərdi”.

“Report”un məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi 15 ildir ölkəsi İtaliyadan kənarda çalışması və yaşaması barədə danışarkən deyib.

66 yaşlı mütəxəssis bildirib ki, nəyəsə nail olmaq fədakarlıq və əvəz tələb edir:

“Gəncliyimdən taleyim aydın oldu. Vətənimlə əlaqəm heç vaxt kəsilməyib, amma getmək istədiyimi də bilirdim”.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin avqustundan Azərbaycan millisinə başçılıq edir.

Bənzər yazılar

Back to top button