Top.Mail.Ru

İDMAN

Cavid Hüseynov hakimə əl-qol atdığı üçün ağır cəza aldı

AFFA İntizam Komitəsi “Şamaxı”nın məşqçisi Cavid Hüseynovu 6 oyunluq cəzalandırıb.

“Report”un məlumatına görə, buna komandanın “Turan Tovuz”a 0:1 hesabı ilə uduzduğu Azərbaycan Kubokunun 1/8 oyununda mütəxəssisin etdiyi hərəkət səbəb olub.

Hüseynov birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimin qərarına kəskin etiraz edərək ona əl-qol atıb.

Şamaxı təmsilçisi bunun üçün 6 min manat məbləğində cərimələnib.

Bənzər yazılar

Back to top button